"Barselona"nın ulduz futbolçusu zədəsini sağaldıb

Apreldə keçirilən "El-klasiko"da zədələnən Barselonanın futbolçusu Frenki De Yonq yenidən sıraya qayıdıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 27 yaşlı futbolçu həftə içi ÇL-da keçiriləcək Yanq Boysa qarşı oyunun iştirak ərizəsinə daxil ediləcək.

"Barselona"nın baş məşqçisi Hansi Flik oyunçuya qısa müddətdə şans verəcəyini bildirib.

Qeyd edək ki, 2019-cu ildən Kataloniya klubunda çıxış edən De Yonq meydana çıxdığı 213 oyunda 17 qol vurub, 21 asist edib.