"Bavariya" Portuqaliya millisinin hücumçusu ilə maraqlanır

"Bavariya" "Porto"nun vingeri ilə maraqlanır.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Porto" və Portuqaliya millisinin hücumçüsu Fransişku Konseysau Almaniya klubunun əsas  transfer hədəflərindəndir. 

Münxenlilər yaxın günlərdə 21 yaşlı futbolçu üçün klubuna rəsmi təklif göndərəcəklər.

Qeyd edək ki, oyunçunun "Porto" ilə müqaviləsi iyunun 30-da başa çatacaq.