"Bavariya" qış transfer pəncərəsində aktiv olacaq

"Bavariya"nın idman direktoru Kristof Freund Münhen tərəfinin qış transfer pəncərəsində aktiv olacağını təsdiqləyib.

Sportline.az xəbər verir ki, Freund bununla bağlı açıqlama verib.

“Biz transferlərlə bağlı gündəlik əlaqə saxlayırıq və düzgün həllər tapacağıq. Biz yanvarı müzakirə edirik, çünki təkmilləşə bilərik”, - deyə Freund ZDF-ə danışıb.

Qeyd olunur ki, klub dayaq zonasını və mərkəz müdafiəçi mövqeyini gücləndirməyi gözləyir.