"Bavariya" sabiq baş məşqçini istəyir

İşləri yolunda getməyən "Bavariya" klubu baş məşqçi dəyişikliyinə gedə bilər.

Sportline.az "Sport Bild"ə istinadla xəbər verir ki, ”Bavariya” rəsmiləri kluba böyük uğurlar qazandırmış Hansi Fliki baş məşqçi postuna gətirmək haqqında düşünür.

Təcrübəli mütəxəssis də bunun əleyhinə deyil. Artıq onunla danışıqlara başlanıldığı haqda da xəbərlər dolaşır. 

Qeyd edək ki, 2021-2023 cü illərdə Münhen klubuna rəhbərlik edən Hansi Flik, komanda ilə Bundesliqa və Çempionlar Liqasının qalibi olub.

Daha sonra Almaniya millisinə yollanan məşqçi burada uğur qazana bilməyib.