"Bavariya" Sadio Mane ilə müqavilə imzalayıb

Almaniya "Bavariya"sı İngiltərənin "Liverpul" klubunun futbolçusu Sadio Maneni heyətinə qatıb.

Sportline.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, seneqallı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən "Liverpul"da çıxış edirdi.