"Bavariya" ulduz futbolçusu ilə vidalaşmağa hazırdır

"Bavariya" yarımmüdafiəçisi Kinqsli Komanla yolları ayıra bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Tobi Altsşafl məlumat yayıb.

Onun sözlərinə görə, 70 milyon avro müqabilində istənilən klubla danışıqlara başlamağa hazırdır.

Futbolçunun da bu mövzuya isti yanaşdığı bildirilir. 

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 24 oyunda 5 qol və 3 asist müəllifidir. 

Onun "Bavariya" ilə 2027-ci ilədək müqaviləsi var.