"Bavariya" və "Mançester Siti" Virts üçün yarışa girib
"Bayer"in almaniyalı futbolçusu Florian Virts mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Bavariya" və "Mançester Siti" Virtsi transfer etmək üçün yarışa girib.
Virts üçün "Bayer" ən azı 120-130 milyon avro tələb edir. Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Virts bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 15 qol və 13 asistlə yadda qalıb.