"Bavariya"da böhran yaşanır

Tomas Tuxel “Bavariya” futbolçularının əksəriyyəti ilə ortaq dil tapa bilmir.

Sportline.az "The Athletic"ə istinadla xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuları daim tənqid etməklə özünə inamı sarsıdıb.

Mənbənin xəbərinə görə, komandanın əksər oyunçuları inam və mübarizə əzmini itirib.

Bu, Tuxelin oyunçulara münasibəti ilə əlaqələndirilir. Xüsusən də futbolçulara olan ictimai tənqidləri ilə. Xatırladaq ki, bundan əvvəl “Bavariya” rəhbərliyinin Tuxelin yerinə münxenlilərin sabiq çalışdırıcısı Hans Flikin namizədliyini nəzərdən keçirdiyi məlum olmuşdu.

Qeyd edək ki, Bundesliqanın 22 turundan sonra lider “Leverkuzen”dən 8 xal geri qalan “Bavariya” gələn tur “Leptziq” ilə qarşılaşacaq.

Oyun fevralın 24-də keçiriləcək.