“Bavariya”nın baş məşqçi postu üçün daha 1 namizəd

“Bavariya”nın baş məşqçi postu üçün daha 1 namizədin adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, jurnalist Florian Plettenbueq X sosial şəbəkəsində “Brayton”un baş məşqçisi Roberto De Zerbinin “Bavariya”nın sükanı arxasına keçmək üçün əsas namizadlərdən olduğunu bildirib.

Münhenlilər “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə razılığa gələ bilməsələr, italiyalı mütəxəssisə müraciət edəcəklər.

Mənbənin sözlərinə görə, De Zerbi “Bavariya” marağından xəbərdar olsa da, hələ ki, gələcəyi ilə bağlı yekun qərar verməyib.

44 yaşlı mütəxəssis 2022-ci ilin payızından İngiltərə klubuna rəhbərlik edir.

”Brayton” 28 turdan sonra Premyer Liqada 42 xalla səkkizinci sıradadır.

Qeyd edək ki, ”Bavariya”nı mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Tomas Tuxel çalışdırır.