"Bayer Leverkuzen" 2024/2025 mövsümü üçün yeni formalarını təqdim edib

 

Almaniya klubunun yeni qiyafəsi azarkeşlərin böyük marağına səbəb olub.

Sportline.az xəbər verir ki, "Bayer Leverkuzen" rəsmi saytında komandanın 2024/2025 mövsümündə geyinəcəyi yeni ev formasını təqdim edib.

Qeyd edək ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda ötən mövsüm Bundesliqa və Almaniya kubokunun qalibi olub.