"Bayer"in futbolçusundan Alonso açıqlaması

Mövsümün sonunda "Bayer"in baş məşqçisi Xabi Alonsonun Leverkuzeni tərk edəcəyi gözlənilir.

Sportline.az xəbər verir ki, mövzuya komandanın futbolçuları da münasibətlərini bildiriblər.

Qapıçı Lukaş Qradetski "Daily Mail"ə açıqlamasında bunları deyib: "Biz arzulayırıq ki, o komandanı tərk etməsin. Amma, o, Bundesliqanı qazanıb başqa yol tutsa da heç kim əsəbləşməyəcək. Onun özünə də "Bayer"də olmaq xoşdur. Bunu gündəlik münasibətlərdən hiss etmək çətin deyil".

Qeyd edək ki, ispaniyalı mütəxəssislə "Bavariya", "Liverpul" və "Real" kimi nəhənglərin maraqlandığı bildirilir. 

Alonsonun "Bayer"lə 2026-cı ilin yayınadək müqaviləsi var.