Bəhlul Mustafazadənin son durumu açıqlandı
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin iki həftədən sonra yaşlı meydanlara dönəcəyi gözlənilir.
Bunu Sportline.az saytına açıqlamasında klubun mətbuat katibi Anar Hacıyev bildirib.
Onun sözlərinə görə, milli komandamızın üzvünün bərpa prosesi hələ də davam edir.
Xatırladaq ki, Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının "Qarabağ" - "Sabah" oyununda ayağından zədələnərək meydanı tərk etmişdi.
Komandanın digər zədəli futbolçusu Redon Cica isə hazırda fərdi məşq edir.
Onun gələn həftə ümumi qrupa qoşulacağı gözlənilir.