Belarus - Azərbaycan görüşünün hakimləri açıqlandı

UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda keçiriləcək Belarus - Azərbaycan oyununun təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Qeyd edək ki, mayın 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.