Belçikalı futbolçu "Milan"ı tərk edir

Hücumçu Divok Origi "Milan"dan ayrılır.

Sportline.az Tuttu Mercato-ya istinadla xəbər verir ki, klub futbolçuya müqaviləni vaxtından əvvəl ləğv etməyə icazə verib.

Mənbənin xəbərinə görə Origi karyerasını Qətər, Saudiyyə Ərəbistanı və ya MLS-də davam etdirə bilər.

2022-ci ildə "Milan"a transfer olunan 29 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Nottinqem Forrest"də keçirib.

Qeyd edək ki, Origi 2018-2019 mövsümündə "Liverpul"la Çempionlar Liqasının qalibi olub.O,"Tottenhem"in 2-0 hesabı ilə məğlub edildiyi final görüşündə "qırmızılar"ın 2-ci qolunu vurub.

Banner