Belotti "Torino"dan getdi

İtaliya millisinin üzvü Andrea Belotti “Torino”dan ayrılıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Turin təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.

2015-ci ilin yayından “Torino”da çıxış edən Belotti bu müddətdə 251 oyuna 113 qol vurub.

Qeyd edək ki, Belotti ötən il İtaliya millisi ilə Avropa çempionu olub.