Bentankur üçün 5 illik müqavilə

"Yuventus" Rodriqo Bentankuru komandada saxlayıb.

Sportline.az xəbər verir ki, Turin təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən, uruqvaylı futbolçu 2024-cü ilə qədər "qoca sinyora"nın formasını geyinəcək.

Qeyd edək ki, Bentankur ötən mövsüm "Yuventus"un heyətində 31 oyun keçirib. Bu matçlarda 2 qol vuran yarımmüdafiəçi 3 məhsuldar ötürmə edib.