"Beşiktaş" klubu stadionunun tutumunu artıracaq
"Beşiktaş"ın stadionu "Tüpraş Arena"da təmir işləri davam edir.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, klub rəhbərliyi qapı arxası tribunaların tutumunu artırmaq üçün nazirliyə müraciət edib.
Klub, qapının arxasındakı tribunalarda xüsusi oturacaqlar qurmağı və bununla da tutumu ən azı 7 min nəfər artırmağı planlaşdırır. Mövcud tutumun 42 min 590-dan 50 minə çatdırılması hədəflənir.
Qeyd edək ki, stadionun qazonunda da yenilənmə işləri aparılır