“Beşiktaş” “Konyaspor”a qarşı

Türkiyə Süper Liqasının 1-ci turunda təxirə salınan oyunda “Beşiktaş” səfərdə “Konyaspor”la qarşılaşacaq.

Sportline.az xəbər verir ki, heyətlərə nəzər saldıqda “Konyaspor”da yeganə itki Youssef Ait Bennaserin adı ilə bağlıdır.

Rəqibindən fərqli olaraq “Beşiktaş”da itkilərin sayı kifayət qədərdir. Milot Raşhitsa, Mustafa Hekimoğlu, Vilfred Endidi və Salih Uçan baş məşqçi Sergen Yalçının sərəncamında olmayacaq.

Qeyd edək ki, “Konyaspor” – “Beşiktaş” oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Görüşü Adnan Deniz Kayatepe idarə edəcək.