"Beşiktaş" müdafiə xəttini gücləndirmək qərarına gəlib

"Beşiktaş" müdafiə xəttini gücləndirmək üçün 2 futbolçunun transferində maraqlıdır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" İtaliyanın "Yuventus" klubundan Danieli Ruqani və "Atletiko Madrid"dən Stefan Saviçi transfer etmək istəyir. 

"Beşiktaş" rəsmiləri hər iki futbolçu üçün ən qısa müddətdə təklif göndərəcəklərini bildiriblər.

Qeyd edək ki, Danieli Ruqani və Stefan Saviçin müqaviləsi bu mövsümün sonunda başa çatacaq.