"Beşiktaş" Premyer Liqadan futbolçu transfer edib

Türkiyə "Beşiktaş"ı heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Vulverhempton" komandasından mərakeşli müdafiəçi Romen Saissi transfer edib. 32 yaşlı oyunçu ilə 1+2 illik müqavilə imzalanıb.

Təcrübəli futbolçunun yeni klubundakı illik məvacibi 1,8 milyon avro olacaq.