"Beşiktaş"dan yeni həmlə

İstanbulun "Beşiktaş" klubu heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ağ-qaralı klub futbol üzrə Braziliya milli komandasının üzvü Leo Pereiranın xidmətində maraqlıdır. "Beşiktas" rəsmilərinin 30 yaşlı müdafiəçi ilə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, 1.89 boya sahib olan braziliyalı ulduz "Flamingo" klubunun şərəfini qoruyur. O, ötən movsüm doğma komandanın heyətində 27 matça çıxıb. Leo Pereira bu oyunlarda 2 dəfə fərqlənməyi bacarıb.

Banner