"Betis"in hücumçusu paytaxt klubunda
İspaniyanın "Betis" klubunun hücumçusu Villian Joze karyerasını Rusiyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, o, Moskva "Spartak"ının şərəfini qoruyacaq.
"ESPN"in yaydığı məlumata görə, tərəflər arasında rəsmi müqavilə imzalanıb.
32 yaşlı raziliyalı futbolçu ötən mövsüm "Betis"in heyətində çıxdığı 43 oyunda 14 qol və 6 asist müəllifi olub.