Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvar rayonunda 8 Noyabr Zəfər Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında boks idman növü üzrə rayon birinciliyi keçirilib.

Sportline.az xəbər verir ki, tədbir Biləsuvar Olimpiya İdman Kompleksində baş tutub.

Birincilikdə müxtəlif çəki dərəcəsində 64 idmançı iştirak edib.

Tədbirdə çıxış edənlər əvvəlcə Zəfər Günü münasibətilə idmançıları təbrik edib, son illər rayonun onlarla idmançısının respublika səviyyəli yarışlarda uğurla çıxış etməsinin sevindirici hal olduğu vurğulanıb.

Sonda qaliblər diplomlarla təltif ediliblər.