Bir döyüş üçün 10 milyon dollar
Britaniyalı boksçu Tayson Fyuri MMA döyüşçüsü Frensis Nqannu ilə qarşılaşma haqqında maraqlı məlumat paylaşıb.
Sportline.az xəbə verir ki, məğlubedilməz idmançı "Boxing Social"a açıqlamasında Nqannunun bu döyüş üçün 10 milyon dollar qonarar alacağını deyib.
Boks qaydaları ilə keçiriləcək görüşdə qələbə qazanan tərəf isə daha çox qazanca sahib çıxacaq.
Qeyd edək ki, böyük maraqla gözlənilən Fyuri - Nqannu döyüşü oktyabrın 28-də Ər-Riyadda keçiriləcək.