Boksçularımız Polşaya yollanıblar

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.

Sportline.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan seçməsi 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) güvənəcək.

Bu gün Polşaya yollanan komandamız noyabrın 14-də Vətənə qayıdacaq.