“Bormunt”u “Mançester Yunayted”ə dəyişə bilər

"Bormunt"un niderlandlı futbolçusu Castin Klayvert mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Klavyert üçün "Bormunt"a 40 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 32 matçda 13 qol və 7 asistlə yadda qalıb.

Qeyd edək ki, Klayvertin "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.