"Borussiya"nın yeni qiyafəsi

Dortmund "Borussiya"sı "Siqnal İduna Park" arenasının 50 illik yubileyi ilə əlaqədar xüsusi formaları təqdim edib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Yeni formalar da komandanın ənənəvi rənglərinə uyğun hazırlanıb.

Qeyd edək ki, 27 oyundan 53 xal toplayan "Borussiya" hazırda Bundesliqanın yarış cədvəlində 4-cüdür.