Boyanka Kostovanın növbəti uğuru

Ağırlıqqaldıranımız Boyanka Kostova VI Qətər Beynəlxalq Kubokunun qalibi olub.

Sportline.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 59 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü toplam 221 kq (101+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, dekabrın 24-dək davam edəcək yarışa Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) da qatılıb.