Brahim Diaz derbidə çiyni çıxmış vəziyyətdə oynayıb
"Real Madrid"in yarımmüdafiəçisi Brahim Diaz İspaniya çempionatının 6-cı turunda "Atletiko" ilə derbidə çiynindən zədə alıb, lakin oyuna davam edib.
Sportline.az xəbər verir ki, 24 yaşlı ispaniyalı 70-ci dəqiqədə Toni Kroosu əvəzləyərək meydana daxil olub və daha sonra zədələnib. Futbolçuya iynə vurulub və matçı şiddətli ağrı ilə başa vurub.
Diaz bu mövsüm 5 oyuna çıxıb və ümumilikdə 45 dəqiqə meydanda olub.