Braziliya Misirə qalib gəldi
Braziliya milli komandası yoldaşlıq Misirlə yoldaşlıq oyunu keçirib.
Sportline.az xəbər verir ki, ABŞ-ın Klivlend şəhərindəki “FirstEnergy Stadium”da oynanılan matçda Braziliya millisi qalib gəlib - 2:1.
"Sambaçılar"ın qollarınına Bruno Qimarayş və Endrik imza atıb.. Misir millisinin yeganə qolunu isə ilk Mustafa Ziko vurub.
Qeyd edək ki, Braziliya DÇ-2026-nın C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq. Misir isə G qrupunda Belçika, İran və Yeni Zelandiya milli komandaları ilə oynayacaq.