Braziliyalı futbolçu 25 yaşında dünyasını dəyişdi

Portuqaliyanın "Alverka" komandasının futbolçusu Aleks Apolinario dünyasını dəyişib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi  xəstəxanada keçinib.

Onun ölümünə ürəktutması səbəb olub.

Qeyd edək ki, Aleks Apolinario yanvarın 3-də III liqanın "Almeyrim"lə matçında infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.