Braziliyalı hücumçu "Neftçi"dən getdi
"Neftçi" futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında transfer olunmuş Maçado “Neftçi”nin heyətində 28 oyun keçirib, 7 qol vurub.