Braziliyalı hücumçu "Zirə"də

"Zirə" futbolçusu Filip Pahtmannla müqavilənin müddətini uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ukraynanın "Lvov" klubundan transfer edilən futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı braziliyalı hücumçu 2021-ci ilin yanvarından icarə əsasında "Zirə"də çıxış edirdi.