"Bursaspor" klubu ciddi təhlükə ilə üzləşib

"Bursaspor" klubu 2-ci liqanı da tərk edə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "timsahlar"  "1461 Trabzon" klubu ilə keçiriləcək görüşdə məğlub olacaqları təqdirdə 1-ci liqanı tərk edəcəklər.

Belə ki, komanda 2-ci liqada mübarizə aparmaq məcburiyyətində qalacaq. Klub rəhbərliyi isə belə olacağı təqdirdə komandanı tamamilə dağıdacaqlarını bildirib.

Qeyd edək ki, "Bursaspor" klubunun 1-ci liqada qalması üçün növbəti oyunların hər birində qələbə qazanmalıdır.