Can Uzun "Qalatasaray"a keçə bilər
Türkiyə Super Liqasında ard-arda 4-cü çempionluğunu qazanan “Qalatasaray” gələn mövsüm həm ölkədə taxtını qorumaq, həm də Avropada böyük uğurlara imza atmaq üçün transfer fəaliyyətini sürətləndirib.
Sportline.az xəbər verir ki, sarı-qırmızılıların transfer siyahısının Can Uzunun adı yer alır.
Baş məşqçi Okan Burukun komandanı gücləndirmək üçün milli ulduz Can Uzunun transferində israr etdiyi iddia olunur. Can həm yerli statusunda futbolçu olması, həm də gələcəkdə böyük gəlir gətirmə potensialı ilə komandanın “qızıl hədəfi” sayılır.
Almaniya təmsilçisi "Ayntraxt Frankfurt" forması geyinən 20 yaşlı gənc ulduz üçün klubunun tələb etdiyi məbləğ fantastikdir. Alman klubu Can üçün təxminən 60 milyon avro tələb edir. “Qalatasaray” rəhbərliyi isə 35 milyon avro ilə bu keçidi realalşdırmaq istəyir.
Önümüzdəki həftələrdə Frankfurt klubu ilə danışıqların daha da intensivləşəcəyi gözlənilir.