"Cəbrayıl"ın qatılacağı yarışın iştirakçıları məlum oldu

Azərbaycanda keçiriləcək UEFA Region Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Sportline.az xəbər verir ki, 2-ci qrupda yarışacaq "Cəbrayıl" komandasının rəqibi Belarusun "Kolos" kollektivi olacaq.

Bu rəqiblərin oyunları Şamaxı stadionunda keçiriləcək.

Bakıdakı "ASK Arena"da keçiriləcək 1-ci qrup görüşlərində isə Gürcüstanın "Basiani", Qazaxıstanın "Kaskelen" və Estoniyanın "Tallina Zapoos" komandaları mübarizə aparacaqlar. 

Qrup oyunları iyunun 23-dən 29-dək keçiriləcək. Birinci qrupdan olan komandalar bir-biri ilə bir dəfə, ikinci qrupdakı komandalar isə iki dəfə üz-üzə gələcək. İyunun 29-da qrup qalibləri arasında keçiriləcək qarşılaşma onların hansı qruplara vəsiqə qazanacağını müəyyən edəcək.