Çağlar Söyüncü: “Biz sona qədər mübarizə aparacayıq”
“Fənərbağça”nın 28 yaşlı futbolçusu Çağlar Söyüncü “Mançester Yunayted” matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu oyun öncəsi nikbin fikirlər səsləndirib.
“Mançester Yunayted böyük klubdur. Onlara hörmət edirik. Bizimdə güclü heyətimiz var. Biz sona qədər mübarizə aparacayıq. Azarkeşlərimizdən güclü dəstək gözləyirik. Türk futbolu olaraq yaxşı nəticələrə ehtiyacımız var”, - deyə Ç.Söyüncü bildirib.
Qeyd edək ki, “Fənərbağça” – “Mançester Yunayted” matçı 24 oktyabr saat 23:00-da başlayacaq. Görüşü fransalı hakim Kleman Turpen idarə edəcək.