“Çelsi” fransalı futbolçusunu satacaq
“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunku mövsümün sonunda satılma ehtimalı yüksəkdir.
Sportline.az “Give Me Sport” nəşrinə istinadən xəbər verir ki, London klubu Nkunkunu 60 milyon avro qarşılığında satmağa hazırdır.
27 yaşlı futbolçu 2023-cü ilin yayında “Leipziq”dən “Çelsi”yə 60 milyon avroya transfer olmuşdu.
Qeyd edək ki, Nkunku bu mövsüm çıxış etdiyi 38 matçda 14 qol və 5 asistlə yadda qalıb.
Onun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.