"Çelsi" Hakimsiz qalacaq

"Çelsi"nin futbolçusu Hakim Ziyex klubdan ayrılmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. O, az oyun şansı almasından narazıdır. 29 yaşlı yarımmüdafiəçi menecerlərinə yeni komanda tapmağı tapşırıb. Xüsusilə, onun xidmətləri artıq danışıqların getdiyi "Milan"a təklif olunub.

Daha əvvəl bildirilmişdi ki, “Çelsi” bir sıra futbolçularla, o cümlədən Ziyexlə ayrılmağa qarşı deyil.

Qeyd edək ki, Hakim 2020-ci ilin iyul ayından etibarən London klubunda oynayır.