"Çelsi" Neymarı istəyir

"Çelsi" Lukakunun yerinə Neymarı transfer etməyi düşünür. 

Sportline.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.

Xəbərə görə, "Neymar özü də İngiltərə Premyer Liqasında çıxış etmək niyyətindədir. 

Bu ayın sonuna qədər London klubu parislilərə rəsmi təklif göndərəcək.