"Çelsi" yanvarda Osimheni transfer etmək istəyir

"Çelsi" bu qış "Napoli"nin hücumçusu Viktor Osimheni heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, “zadəganlar” hücumçu çatışmazlığı hiss etdiyi üçün etibarlı futbolçu sayılan Osimheni almaq istəyirlər.

Sentyabrın sonunda klubun rəsmi TikTok hesabında yayımlanan videoya görə forvardla "Napoli" arasında münaqişə yaranmışdı. Videoda həmin oyunçunun penalti istəməsi və sonra onu almaması gülünc vəziyyət yaratmışdı.

Sentyabrın 28-də "Napoli" futbolçu ilə bağlı vəziyyətə görə açıqlama vermişdi.