Çempionlar Liqası: "Qarabağ" "Lex"ə uduzdu

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Polşa çempionu "Lex"lə qarşılaşıb. "Poznan" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı isə iyulun 12-də Bakıda olacaq.

5 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

22:00."Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 1:0 

Qol: İsak, 41

Baş hakim: Xose Luis Munuera

Poznan