Çimayev: "Fələstin uğrunda döyüşməyə icazə verin"

"Fələstin uğrunda döyüşməyə icazə verin".

Sportline.az "Qroznı-İnform Teleqram kanalı"na istinadla xəbər verir ki, bunu rusiyalı UFC döyüşçüsü Xamzat Çimayev deyib. İdmançı nigeriyalı Kamaru Usmana qalib gəldikdən sonra İsraillə münaqişədə Fələstini dəstəkləyən sözlər deyib. O, əvvəl ingiliscə danışsa da, sonra Çeçenistan prezidenti Ramzan Kadırova xitabla çeçencə danışıb.

“Ümummilli liderimiz, Uca Allah sizdən razı olsun! Sizin dəstəyinizlə oktaqonda döyüşmək mənim üçün problem deyil və icazə versəniz, and içirəm ki, Fələstinə birinci gedəcəyəm. Sizdən xahiş edirəm, mənə silah verin və Fələstin uğrunda döyüşməyə icazə verin”, – deyə Çimayev bildirib.

Qeyd edək ki, Kamaru Usmanla döyüşdə Çimayev hakimlərin səs çoxluğu ilə qalib gəlib: 29-27, 29-27, 28-28.