ÇL: Həftənin oyunçusu adına namizədlər

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sportline.az xəbər verir ki, bu ada Belçika "Brügge"sindən Ferran Yutqla, Fransa PSJ-sindən Kilian Mbappe, Almaniya "Bavariya"sından Camal Musiala və İngiltərənin "Mançester Siti" klubundan Kevin de Brüyne iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.