ÇSKA-nın hücumçusu karyerasını Meksikada davam etdirəcək
CSKA Moskvanın hücumçusu Viktor Davila Meksikanın “Amerika” komandasına keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu barədə Fox Sports nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda tərəflər arasında aktiv danışıqlar gedir və bu danışıqlar uğurla başa çatmaq üzrədir.
26 yaşlı futbolçunun Rusiya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. Transfermark portlaında Davilanın transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, Viktor Davila RPL-nın son mövsümündə 23 oyunda 5 qol və 5 asistlə yadda qalıb.