Cüdoçuların yeni reytinq cədvəli açıqlandı
Beynəlxlaq Cüdo Federasiyası cüdoçuların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ilk 10-luqda qərarlaşan Azərbaycan cüdoçuları mövqelərini qoruyublar.
Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə öz çəkilərində zirvədə qərarlaşıb.
Nicat Şıxəlizadə (66 kq) ilə Elxan Məmmədov (100 kq) 4-cü, Hidayət Heydərov (73 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 10-cu yerin sahibidir.
Komandamızın üzvlərindən Rüfət İsmayılov (81 kq), Nəzakət Əzizova (52 kq) və Xanım Hüseynova (63 kq) da rəqiblərini özlərindən irəli buraxmayıblar. Onlar müvafiq olaraq, 17-ci, 53-cü və 43-cüdü.
Bu cüdoçulardan fərqli, Aişə Qurbanlı (48 kq) bir, İlqar Müşkiyevlə (60 kq) Uşanqi Kokauri (+100 kq) hərəyə iki, Tərlan Kərimov (66 kq) isə 18 pillə geriləyib. Onlar yeni siyahıda müvafiq olaraq, 35-ci, 32-ci, 16-cı və 90-cı yerdədilər.