Daha bir türk mütəxəssisdən millimizlə bağlı açıqlama

Hazırda ABŞ-da çalışan Engin Fırat Azərbaycan millisinin baş məşqçiliyinə namizəd olması ilə bağlı mövzuya münasibət bildirib. Sportline.az xəbər verir ki, 47 yaşlı mütəxəssis AFFA-dan təklif almadığını deyib. "Hazırda ABŞ-ın "Dallas" klubunda olsam da, tezliklə yeni klub tapmaq istəyirəm. Danışıqlar apardığım klublar da, milli komandalar da var. Moldova və Kosovadan təkliflər almışam. Azərbaycandan isə hələlik təklif yoxdur. Bu xəbərlər həqiqətdən uzaqdır".

 Engin Fıratın məşqçi karyerası kifayət qədər zəngindir. İndiyədək Türkiyənin "Samsunspor", "Antalyaspor", "Sivasspor", "Ərciyəsspor", "Fənərbaxça", "Karabükspor", Cənubi Koreyanın "İnçeon Yunayted", Almaniyanın "Ayntraxt" (Frankfurt), İranın "Saypa, "Sepahan" və "Qostareş" klublarında məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. 2007-2008-ci illərdə isə, İran millisini çalışdırıb.