Dana Vayt Konor Makqreqora söz atdı
UFC-nin prezidenti Dana Vayt təşkilatın sabiq çempionu Konor Makqreqorun dönüşü ilə bağlı fikirlərini açıqlayıb.
Sportline.az xəbər verir ki, funksioner Talk TV-yə müsahibəsində bunları deyib: "O yenidən zaldadır. Məşq edir və ümivaram ki, gələn il biz Konoru yenidən oktaqonda görə biləcəyik. İdmançılar böyük pullar qazandıqdan sonra daha az döyüşmək istəyirlər. Və yaxud da onlar uğursuzluq zolağına düşürlər. Belə pullar olandan sonra istər-istəməz dəyişilirsən. Bütün yayı yaxtada keçirib sonra yenidən idman zalına qayıdıb məşq eləməli olduğunu düşünmək asan deyil".
Qeyd edək ki, Konor Makqreqorun son döyüşü 2021-ci ildə olmuşdu. Həmin qarşılaşmada o, ardıcıl ikinci dəfə Dastin Poryeyə uduzmuşdu.