David De Xeanın yeni komandası məlum olub
İspan qapıçı David De Xea karyerasını İtaliyada davam etdirəcək.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Fiorentina" klubu 33 yaşlı qapıçını rənglərinə bağlayıb. Bu gün tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
Son olaraq "Mançester Yunayted"də çıxış edən De Xea 1 ildən artıqdır ki, futboldan uzaq qalıb.
Qeyd edək ki, "Atletiko Madrid"in yetirməsi olan təcrübəli qolkiper 45 dəfə İspnaiya milli komandasının şərəfini qoruyub.