David Neres "Napoli" ilə müqavilə imzalayıb

"Napoli" "Benfika"dan David Neresi transfer etdiyini açıqlayıb.

Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, İtaliya klubu ilə 27 yaşlı futbolçu arasında 2028-ci ilə qədər müqavilə imzalanıb.

Transfer məbləği 28 milyon avro təşkil edib.

Ötən mövsüm "Benfika" ilə 35 oyuna çıxan braziliyalı futbolçu bu görüşlərdə 5 qol vurub, 10 asist edib. Lissabon klubu Neresi 2022-ci ildə 15.3 milyon avro qarşılığında "Şaxtyor"dan heyətinə qatmışdı.